Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda Dollar alışını 3-cü Dünya müharibəsi xofu da artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Dollar alışını 3-cü Dünya müharibəsi xofu da artırıb

Son günlər ABŞ və Rusiya arasında Suriya məsələsinə görə yaranmış gərginlik nəticəsində Rusiya Rublu və Türkiyə Lirəsi kəskin dəyərdən düşdü. Nəticədə Azərbaycan bazarında da təşviş yarandı, banklarda Dolların qiyməti qalxdı, hətta bir sıra banklar Dollar satışını dayandırdı.

 

Reklam_3_11

Mərkəzi Bank narahatçılığa əsas olmadığını bəyan etdi və buna əsas kimi bahalaşan neft nəticəsində tədiyyə balansının profisitinin yüksək olmasını, sadə şəkildə desək, ölkəyə daxil olan dollar kütləsinin çıxan dollar kütləsindən çox olduğunu göstərdi.

 

Bəs insanlar niyə narahatdırlar? 

 

Son günlər bir çox insanların Dollar almağa üz tutmalarına, tam "ajiotaj" adının verilməsi doğru deyil. Çoxları düzgün qərar verərək pullarını Dollara çeviriblər. Çünki ABŞ və Rusiyanın Suriyada qarşı-qarşıya gəlməsi, çoxdandır danışılan 3-cü Dünya müharibəsinin başlamasına səbəb ola bilər. Trampın bir-birinin ardınca kəskin açıqlamaları bu riski xeyli artırıb. Unutmaq olmaz ki, hər iki dövlət nüvə (atom) silahına malikdir.

 

Dünya siyasətini yaxından izləyənlər yaxşı bilirlər ki, Qərbin birinci hədəfində İran, sonra da Rusiya və Türkiyədir. Yaxın Şəqdə qarışıqlıq bu məqsədlə yaradılıb. Təsəvvür edin, 3-cü Dünya müharibəsi başlayıb və bu müharibənin iştirakçıları bizim qonşularımızdır. Sizcə, belə olan halda hər şey əvvəlki kimi olacaq? Bu müharibə Azərbaycanın iqtisadi vəziyyətinə - idxalına, ixracına, böyük layihələrinə təsir etməyəcək? Bəs tədiyyə balansı necə olacaq? 

 

Yəqin ki, 3-cü Dünya müharibəsi olsa Azərbaycan vətəndaşlarına Manatdan daha çox Dollar lazım olacaqdır. Buna görə, Trampın son sərt açıqlamalarından sonra Dollar alanları "savadsızlıqda" ittiham edənlərin özləri dünyadan xəbərsizdirlər. Dollar almağa imkanı olanların əksəriyyəti avam insanlar deyillər. Onlar həm də uzaqgörəndirlər.

 

Ümid edək ki, 3-cü Dünya müharibəsi olmayacaq və Manat üçün pis ssenarilər reallaşmayacaqdır.

 

© Marja

13.04.2018 13:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ