Palata, Assosiasiya və Büro arasında birgə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB)  ilə birgə görüş keçirilib.

 

Palatanın Baş icraçı direktoru İbrahim Alışov, ASA-nın sədri Mustafa Abbasbəyli və İSB-nin icraçı direktoru Fariz Əzizov, həmçinin Palatanın və İSB-nin himayəçilər şurasına təyin olunan iki yeni üzvü və sığorta blokunun digər əməkdaşları İSB-nin fəaliyyətini, mövcud problem və perspektivlərini geniş müzakirə ediblər.

 

Görüşdə İSB-nin sığorta bazarındakı rolu, onun sığorta sektoruna təsir mexanizmləri və İSB-nin elektron informasiya sisteminin dövlət orqanlarının müvafiq sistemləri ilə inteqrasiyası, icbari sığorta növləri üzrə penetrasiyanın artırılması imkanları və istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Müzakirələr zamanı Palatanın sığorta bazarının inkişafının təşviq edilməsi üçün dəstəyə hazır olduğu qeyd edilib.

13 Aprel 2018 , 18:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin