"Bank Respublika"da mühüm iştirak payı əldə ediləcək - NÖVBƏDƏNKƏNAR İCLAS


14 May 2018-ci il tarixində "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.


"Marja" xəbər verir ki, yığıncağın gündəliyinə Bankın mövcud səhmdar(lar)ı tərəfindən bankda mühüm iştirak payının əldə edilməsinə səhmdarların ümumi yığıncağı tərəfindən razılıq verilməsi daxildir.

 

Xəbər verdiyimiz kimi, 14 fevral 2018-ci il tarixində yekunlaşmış əməliyyat ilə “Bank Respublika” ASC-nin hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 səhmləri yerləşdirilmişdir. Yerləşdirmə nəticəsində Bankın nizamanmə kapitalı 10 milyon 67 min manat artaraq 67 461 088,1 manata çatmışdır.

 
“Bank Respublika” ASC-nin emissiya etdiyi yeni səhmlər mövcud səhmdarlardan biri olan Natiq Quliyev tərəfindən alınmışdı.
 

Əqddən sonra Natiq Quliyevin “Bank Respublika” ASC-də payı 53,2% təşkil edir. O, bankın 14,793,070 ədəd səhmlərinə malikdir. Bankın cəmi nizamnamə kapitalı hər birinin nominal dəyəri 2,45 manat olan 27535138 ədəd səhmdən ibarətdir.

 

SƏHMDARLAR 20 MİLYON MANAT ARTIM ÜÇÜN RAZILAŞIB

 

İlin əvvəlində “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirmişdi ki, nizamnamə kapitalının 10 milyon manat artırılmasından əlavə, 2018-ci il ərzində kapitalın daha 20 milyon manat məbləğində artırılması ilə bağlı səhmdarlar arasında razılıq əldə olunub.

14 Aprel 2018 , 09:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin