Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
 ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Nikki Haley, CBS-ə verdiyi müsahibəsində ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

 

O, Rusiyaya tətbiq olunacaq sanksiyaların Bazar ertəsi günü Xəzinə naziri Steven Munchin tərəfindən açıqlanacağını qeyd edib. 

 

Haley, "Sanksiyalar, Əsəd və kimyəvi silah istifadəsiylə əlaqəsi olan bütün şirkətlərə tətbiq olunacaqdır" deyib. 

 

Nikki Haley, "hədəflər tamamlanana qədər" ABŞ əsgərlərinin Suriyadan çəkilməyəcəyini açıqlayıb.

 

Haley, ABŞ-ın hədəflərini isə "İŞİD- məğlubiyyətə uğratmaq, kimyəvi silahların istifadə edilməyəcəyinə zəmanət almaq və İranın nələr etdiyini izləmək olaraq açıqlayıb. Haley, "Amerikan birliklərinin evə döndüyünü görmək də bizim hədəflərimizdən biridir, ancaq bunlar tamamlanana qədər heç bir yerə getmirik" deyib.

 

Haley, ABŞ-ın Rusiya ilə əlaqələrinin Suriya səbəbiylə çox gərgin olduğunu ancaq ABŞ Rusiya ilə daha yaxşı bir əlaqə qura biləcəyinə ümid etdiyini söyləyib.

 

ABŞ Prezidenti Donald Trump, ötən həftələrdə vediyi açılamada Suriyadakı ABŞ əsgərlərinin çıxarılacağını bildimişdi.

16.04.2018 04:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ