Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

OPEC-dən Azərbaycanda neft hasilatı ilə bağlı yeni PROQNOZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-dən Azərbaycanda neft hasilatı ilə bağlı yeni PROQNOZ

 

OPEC 2018-ci ildə Azərbaycanda neft hasilatının ötən illə müqayisədə 0,03 milyon barrel/sutka azalacağını gözləyir.

Reklam_3_11

 

Bu barədə təşkilatın aylıq hesabatında deyilir.

 

Hesabata əsasən, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır.

 

Beləliklə, OPEC əvvəlki hesabatda qeyd olunan proqnozu dəyişməz saxlayıb:

 

"Birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı ki, bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına gətirib çıxardı".

 

OPEC-in dəyərləndirməsinə görə, yanvar ayında neft hasilatı dekabr ayı ilə müqayisədə 0,01 milyon barrel/sutka artıb və 0,75 milyon barrel/sutka təşkil edib. Bu göstərici 2017-ci ilin yanvar ayı ilə eyni olub.

 

Fevral ayında neft və kondensat tədarükü üzrə ilkin məlumatlar hasilatla eyni səviyyəni göstərir:

 

"2017-ci ildə Azərbaycan neftinin tədarük həcmi sutkada 0,05 milyon barrel azalaraq 0,8 milyon barrel/sutka təşkil edib".

 

©Trend

16.04.2018 06:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ