Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Neftdə mövcud qiymətlər çox yüksəkdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftdə mövcud qiymətlər çox yüksəkdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Orta Şərqdə artan gərginliyin neft istehsalına mənfi təsir edə biləcəyi narahatlıqları ilə ötən həftə neft qiymətləri kəskin yüksəlmişdi. "Marja" xəbər verir ki, ABŞ-da qazılan neft quyuların sayının artması qiymətlərin təxminən 1% düşməsinə səbəb olub. 

 

"Baker Hughes"ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı son 12 həftədə 10-unçu dəfə artıb.

 

ABŞ, Fransa və İngiltərə, vətəndaşlara qarşı kimyəvi silah istifadə edildiyi iddiasına əsasən Suriyaya hücum təşkil etdilər. ABŞ-ın BMT-dəki səfiri, Suriya lideri Bəşər Əsadı dəstəklədiyi üçün Rusiyaya əlavə sanksiyalar tətbiq oluna biləcəyini söyləyib.

 

Beynəlxalq Enerji Agentliyi (IEA), Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) qlobal təklif çoxluğunun azaldılması üzrə missiyasını tamamlamaq üzrə olduğunu açıqlamışdı. 

 

Eyni zamanda, ABŞ-da artan istehsal qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaradır.

 

Analitiklər bildirirlər ki, tələb-təklif baxımından baxıldığında, mövcud qiymətlər çox yüksəkdir. Geosiyasi risklər nəzərə alınmasa qiymətlər Brent neftində 65 dollar ətrafında olmalıdır. Geosiyasi risklər qiymətləri dəstəkləyir. 

 

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərb Texas nefti (WTI) 66.79 dollardan, Brent nefti 71.73 dollardan alıcı tapıb.

16.04.2018 06:30

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ