Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tesla-ya rəqib olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla-ya rəqib olur

Son vaxtlar istehsal və maliyyə çətinlikləri ilə gündəmə gələn sahibkar Elon Muskın Tesla-sı indi də Çinli bir şirkətin rəqabət təzyiqi ilə üz-üzədir.
 

"Marja" xəbər verir ki, aralarında "Alibaba" və "Foxconn Technology" kimi investorları olan Çinin "Xiaopeng Motors" şirkəti, elektrikli avtomobil bazarında dünyanın ən böyükləri arasında yer almaq üçün 2,7 milyard dollarlıq investisiya almağı planlaşdırır.
 

Həmçinin şirkət, Tesla-nın G3 modelinin rəqibi olan ilk avtomobilinin satışlarına bu ayın sonunda başlamağı hədəfləyir.
 

Çin şirkətinin Asiyanın Tesla-sı olacağı və havanın çirklənməsi ilə ciddi çətinliklər çəkən region ölkələrində avtomobil sənayesinə yeni bir nəfəs gətirəcəyi gözlənilir.

 

Şirkət Alibaba ilə maliyyələşdirmədən başqa,  xəritələr və bulud yönümlü məhsullar əsasında da əməkdaşlığı inkişaf etdirmək istəyir.
 
 

ÇİN İLƏ TİCARƏT MÜHARİBƏLƏRİ TESLA ÜÇÜN BÖYÜK RİSKDİR
 
 

Tesla Çin ilə bağlı yeni rəqibindən başqa, ticarət müharibələrinə görə də sıxıntı yaşayır.
 

Son 15 ildə 1 dollar da mənfəət əldə etməyən və mart ayının sonunda sükan problemi səbəbindən 123 min Model S avtomobilini geri çağıran Tesla-nın qarşısında yeni maneə ABŞ-Çin arasında qızışan ticarət müharibələridir.
 

 ABŞ-ın Çin məhsullarına 25 faiz əlavə gömrük vergisi tətbiq etməsinə cavab tədbirləri kimi Çin də elektrikli avtomobillər daxil 200-dən çox ABŞ məhsuluna əlavə tarif tətbiq edəcəyini açıqladı. Çinin qərarı Tesla üçün rəqiblərinə nisbətən daha böyük risk yaradır.

16.04.2018 07:13

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ