Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avro, neft, qızıl - bazarlarda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, neft, qızıl - bazarlarda son vəziyyət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə Avrozona və İngiltərədən açıqlanacaq inflyasiya göstəriciləri və neft qiymətlərində bahalaşma proqnozları diqqət mərkəzində olacaqdır.


 

Reklam_3_11

EUR

 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi aprel ayının minimum və maksimum səviyyələri aralığında dalğalanmaqdadır. Gələcək istiqaməti proqnozlaşdırmaq üçün isə yuxarı və ya aşağı sərhədlərin qırılmasını gözləmək lazımdır. Beləliklə, hal-hazırda 1.23$-a ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaqdır. Bu baş vermədikdə, yəni qiymət 1.24$-ın altında qaldıqca, ucuzlaşma 1.22$-a kimi də davam edə bilər.

 

Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın gələcək iqtisadiyyatı ilə bağlı gözlənti indeksi və inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

GBP

 

GBP/USD məzənnəsi 1.43$-a kimi bahalaşdıqdan sonra müqavimətlər rastlaşdığının və ucuzlaşdığının şahidi oluruq. Texniki analizə əsasən, qiymət yenidən 1.43$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.44$ və 1.47$-a kimi də güclənə bilər. Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiya ilə bağlı fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

TRY

 

Türkiyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilir.  Belə ki, bazar ertəsi 4.0957TL-ə ticarət edilən USD/TRY valyuta cütlüyünün qiyməti 4.0722TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0196TL-ə kimi də ucuzlaşa bilər.

 

OIL

 

Enerji bazarlarında isə Brent nefti keçən həftə proqnozlaşdırıldığı kimi 73$-a kimi dəyər qazanıb. Bundan sonra qismən korreksiya edən bir barel üzrə qiymət 71-72$ aralığında ticarət edilməkdədir və yenidən 73$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, bir barel üzrə qiymətin 75$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1346$-ın (43.2 $/qram) üzərində dalğalanmaqdadır və 1353$-ı (43.4 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1365$-a (43.8 $/qram) kimi də dəyər qazana bilər.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

16.04.2018 07:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ