Daha bir bankın göstəriciləri kreditlərin azaldığını ortaya qoydu

Bank Melli İran Bakı filialı 2018-ci ilin 1-ci rübü üzrə yarımçıq maliyyə göstəricilərini açıqlayıb.

 

Marja” xəbər verir ki, “Mənfəət və zərər” hesabatını gizlədən filial yalnız Balans göstəricilərini ictimaiyyətə açıqlamağı məsləhət bilib.

 

Balans hesabatından məlum olur ki, Bank Melli İran Bakı filialı 31 Mart 2018-ci il tarixində 110 milyon 544 min manat cəmi aktivlərə malik olub. Bu, ötən ilin sonu ilə müqayisədə 10% çoxdur. Filial ötən ilin sonunda 100 milyon 497 min manat cəmi aktivlərə malik idi.

 

Bankın müştərilərə verdiyi kreditlər 3 milyon 608 min manatdan 3 milyon 582 min manata geriləsə də, qiymətli kağızlara investisiyalar 18 milyon 204 min manatdan 21 milyon 483 min manata qalxıb.

 

Filialın öhdəlikləri isə 27,6% artaraq 39 milyon 839 manata çıxıb. Öhdəliklərin artmasının əsas səbəbi filialın maliyyə institutları qarşısında öhdəliklərinin artmasıdır.

 

Bank Melli İran Bakı filialı Martın sonunda 70 milyon 704 min manat cəmi kapitala malik olub.

 

Bankın kapital hesabatından yığılmış zərərin 22 milyon 614 min manatdan 21 milyon 757 min manata düşdüyü görünür. Bu azalma filialın 2018-ci ilin 1-ci rübünü 857 min manat xalis mənfəətlə başa vurduğuna işarə edir.

16 Aprel 2018 , 10:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin