Faizləri aşağı salsa da “Kapital Bank”da əmanətlər artıb

“Kapital Bank” ASC əmanət faizlərini aşağı salsa da, bankda əhalinin əmanətləri artıb. Bu, Banka yüksək inama işarədir.

 

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, 1 aprel 2018-ci il tarixinə əhalinin əmanətlərinin həcmi 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur.

 

Ötən ilin sonunda bankda əhalinin əmanətlərinin həcmi 836,9 milyon manat təşkil etmişdi. Ötən il “Kapital Bank”da əhalinin əmanətləri 6% artmışdı.

 

Əhalinin cəmi əmanətlərinin (7 milyard 750 milyon manat) 11,6%-i “Kapital Bank”dadır.

 

Qeyd edək ki, “Kapital Bank” ötən ilin sonlarından başlayaraq əmanət faizlərini 11-12%-dən 7-7,5%-ədək endirib. 

 

"Kapital Bank" 2018-ci ilin I rübünün nəticələrini elan edib. Ətraflı buradan tanış ola bilərsiniz.

16 Aprel 2018 , 11:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin