OPEC iyunda “Vyana sazişi”nin uzadılması məsələsinə baxacaq
Məlumdur ki, OPEC+ ölkələri dünya bazarında neft hasilatının azaldılmasını 2018-ci ildə də davam etdirəcəklər.
“Bloomberg” agentliyi xəbər verir ki, iyunda keçiriləcək görüşdə OPEC+ ölkələri sazişin müddətinin 2019-cu ildə də uzadılması məsələsinə baxacaqlar.
“Bazardakı vəziyyətdən asılı olaraq əldə olunan razılıq çərçivəsində hasilatın azaldılması ən azı bu ilin sonuna qədər davam edəcək. 2019-cu il üçün də razılığın uzadılması məsələsinə baxılacaq,” – deyə Küveytin neft naziri Bəxit əl-Rəşidi deyib.
Martda verdiyi açıqlamada İraqın neft naziri Cabbar əl-Layibi deyib ki, bəzi ölkələr razılaşmanın müddətinin daha yarım il müddətinə uzadılmasını təklif edir. Buna baxmayaraq nazir həmin ölkələrin adlarını açıqlamayıb.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 19 d. əvvəl
-
1 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
2 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
-
2 saat əvvəl
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
-
2 saat əvvəl
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
-
2 saat əvvəl
"Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb"
-
2 saat əvvəl
Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəsinə ixrac edilib