Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları müzakirə edilib

13 aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib.

 

İclasda Dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” Qaydasına dair məsələlər müzakirə edilib. Qeyd edək ki, Palata dəfələrlə bəyan edib ki, Qaydalar hazır olmadığı üçün Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilmir. 

 

Həmçinin, iclas zamanı “NBC Bank” ASC, “Bank Avrasiya” ASC və “GünayBank” ASC-nin nümayəndələrinin “Komplayns Ekspert” Qrupuna daxil edilməsi məsələsinə baxılıb.

 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür

16 Aprel 2018 , 15:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin