Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İcbari sığortanı yalnız lisenziyalı agentlər sata biləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari sığortanı yalnız lisenziyalı agentlər sata biləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gündən Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasından lisensiyası olmayan, eləcə də “Elektron İmza” və yaxud “ASAN İmza” almamış sığorta agentlərinə icbari avtosığorta satışı qadağan olunub.

 

Reklam_3_11

Bu barədə maliyyə bazarındakı mənbə bildirib.

 

“Bundan sonra avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını yalnız lisenziyalı agentlər sata biləcək. Yəni, subagentlər sığorta bazarından kənarlaşdırılıb. Üstəlik, bağlanmış müqavilələr “Elektron İmza” və yaxud “ASAN İmza” ilə təsdiq olunmalıdır”, - deyə mənbə qeyd edib.

 

Onun sözlərinə görə, daha bir yenilik İcbari Sığorta Bürosu ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazalarının inteqrasiya edilməsidir:

 

 “Məqsəd ondan ibarətdir ki, sığorta agentləri avtomobilə dair məlumatları təhrif etməsinlər. Bəzi agentlər müqavilədə məsələn, maşının mühərrikinin həcmini olduğundan az göstərirdilər və bu yolla müştərilərinə icbari sığorta haqqında güzəşt edirdilər. Belə hallar yalnız sığirta hadisəsi baş verəndə üzə çıxırdı. İndi isə müqavilə bağlanan zaman yol polisindəki məlumatlar əsas götürüləcək. Yəni agent avtomobilə aid məlumatları İSB-nin sisteminə düzgün daxil etməsə, həmin müqavilə qüvvəyə minməyəcək”.

 

© Report

16.04.2018 13:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ