Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın bundan sonra Suriyaya qarşı həyata keçiriləcək hər hansı bir hücuma qarşı çıxacağını deyib.
ABŞ-ın yeni bir hücum planı olmadığını düşündüklərini qeyd edən Rusiyalı diplomat, yeni bir Amerika hücumunun daha sərt bir cavab üçün qıcıqlandırıcı olacağını deyib.
Sergey Ryabkov, İngiltərənin, kimyəvi hücum həyata keçirildiyi Dumaya OPCW müşahidəçilərinin girişinə icazə verilmədiyi iddialarına da cavab verib. Rus diplomat, ABŞ hücumlarının monitorinqi ləngitdiyini deyib.