Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL, turizm şirkətləri və agentliklərin istəklərini dinləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL, turizm şirkətləri və agentliklərin istəklərini dinləyib

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA)  AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirmişdir.     

 

Görüş çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışmışdır. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənmişdir.

 

Görüşdə həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

 

Səmərəli görüşün yekunlarına əsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif etmiş, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunmuşdur. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunmuşdur.

16.04.2018 14:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ