"Sabah banklara lazımi qədər dollar veriləcək"

"Banklarda dollar satışı ilə bağlı problem yoxdur”


 

Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər yerli kommersiya banklarında ABŞ dollarının satışına məhdudiyyət qoyulması, bəzi bankların dollar satmaqdan imtina etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fikirlərə reaksiya verib.

 

Qurumun sədri Zakir Nuriyev açıqlamasında bildirib ki, banklarda dollar satışı ilə bağlı hər hansı problem yoxdur.

 

“Banklar dollar satışını adi qaydada həyata keçirir. Bununla bağlı hər hansı narahatlıq mövcud deyil. Azərbaycan Mərkəzi Bankı keçirdiyi hərraclarda bankları kifayət qədər valyuta ilə təmin edir. Sabah da hərrac olacaq və banklara lazımi qədər dollar veriləcək. Hər kəs qanuna uyğun olaraq, yəni 500 dollara qədər şəxsiyyət vəsiqəsiz, 500 dollardan çox şəxsiyyət vəsiqəsi ilə dollarla təmin olunur. Ola bilsin ki, bəzən bank filiallarında dollar satışına müvəqqəti fasilə verilsin. Bu da nahar fasiləsi və yaxud texniki problemlərlə bağlı ola bilər. Amma ümumilikdə banklarda dollar qıtlığı yoxdur”, - deyə o, qeyd edib. 

 

Qeyd edək ki, sosial şəbəkələrdə bir sıra bankların, o cümlədən "AtaBank" və "Rabitəbank"ın dollar satmadığı bildirilir. "AtaBank" və "Rabitəbank"dan "Marja"ya bildirildi ki, məlumat yanlışdır, kassalarda dollar satışı davam edir.

 

© “Report”

16 Aprel 2018 , 17:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin