Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Metak istiqrazları birjada listinqə qəbul edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Metak istiqrazları birjada listinqə qəbul edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

13 aprel 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “METAK”MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir. Bu barədə "Marja"ya Birjadan bildirilib.

 

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ2002020272

faizli sənədsiz adlı təmin edilməmiş istiqraz

“METAK” MMC

3 000 (ədəd)

1 000 AZN

standart

 

         Nominal dəyəri 3 milyon AZN olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 12%-dir.  İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək.

 

Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

 

Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

 

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin “Listinqdə olan şirkətlər” bölməsində (www.bfb.az) yerləşdirilib.

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

LİSTİNQ NƏDİR?

 

Hərfi mənada “Listinq” ingilis sözü [listing] olub mənası “siyahıya almaq etmək” deməkdir. Listinqin mahiyyəti də məhz qiymtətli kağızların tənzimlənən bazarlarda ticarətə buraxılmış maliyyə alətlərinin siyahısına əlavə edilməsidir. Burada, tənzimlənən bazarlar məhz fond birjaları anlamına gəlir. Hətta çox zaman bu iki termin sinonim kimi də işlədilir.

 

Tənzimlənən bazarların, yəni fond birjasının tənzimlənməyən “qara bazarlar”dan fərqi burada investorların qorunması, şəffallıq, ədalətli qiymətlərin formalaşması üçün zəruri çərçivələrin və mexanizmlərin mövcud olmasıdır.

 

Bazarların tənzimlənməsinin əsas məqsədlərindən biri investorların – yəni çoxaylı vətəndaşların, şirkətlərin və təsisatların – hüquqlarının qorunması təşkil edir.

 

Bakı Fond Birjası (BFB) Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjası olmaqla, tənzimlənən bazarlarda qiymətli kağızlarla ticarətin həm də yeganə təşkilatçısıdır. Hazırda BFB-də ölkədə fəaliyyət göstərən əksər şirkətlərin (bura həm ASC həm də QSC və MMC-lər daxildir) səhm və istiqrazları ticarət olunur. Bu o dəmikdir ki, həmin qiymətli kağızlar ilk növbədə BFB-nin “Listinq qaydaları”na müvafiq şəkildə listinqdən keçmişdir.

16.04.2018 15:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ