METAK istiqrazlarının hərracı keçiriləcək - TARİX

Geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK” MMC tərəfindən təmin ediləcək.


 

19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “METAK”MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Bu barədə “Marja”ya Birjadan bildirilib.

 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2002020272

Emissiya həcmi

3 000 000 AZN

Nominal qiyməti

1000 AZN

Hərrac qiyməti

1000 AZN

İstiqrazların tədavül müddəti

1 il (365 gün)

Faiz dərəcəsi (illik)

12 %

Faiz gəlirinin ödəniş müddəti

 1 aydan bir (30 gün)

Anderrayter

Unicapital İŞ QSC

 

Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər  mütənasib qaydada təmin ediləcəkdir. Əlavə olaraq, emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satın alınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi (9-12 ay) “METAK” MMC tərəfindən təmin ediləcəkdir. 

 

Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Listinqdə olan şirkətlər” bölməsində yerləşdirilmişdir.

 

Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

16 Aprel 2018 , 18:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin