Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ən çox qazandıran məhsul olub - 35 FAİZ GƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən çox qazandıran məhsul olub - 35 FAİZ GƏLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmtəə bazarlarında həm bu ilin ilk rübündə, həm də mart ayında ən çox qazandıran məhsul kakao olub.

 

İlin ilk rübündə 18 məhsulun yarısı qazandırıb, yarısı isə uduzdurub. Mart ayında isə 13 məhsul uduzdurub, 5-i qazandırıb. Qlobal miqyasda ticarət müharibələri və ABŞ Prezidenti Donald Trumpın siyasətlərinə görə, əmtəə bazarlarında dalğalı vəziyyət müşahidə olunub.

 

"Marja" xəbər verir ki, kakao, bu ilin ilk rübündə 35,3 faiz, mart ayında da 15,4 faiz bahalaşaraq əmtəə bazarında həmin dövrlərdə investoruna ən çox qazandıran investisiya vasitəsi olub.

 

Hava temperaturunun mövsüm normalarından yüsək və yağışların az olması kakao qiymətlərində artıma səbəb olub.

 

İlin ilk rübündə qarğıdalı 10,5 faiz, soya lobyası 9,7 faiz, nikel 5,9 faiz, buğda 5,6 faiz, Brent nefti 4 faiz, pambıq 3,7 faiz, qızıl 1,7 faiz, platin 0,3 faiz bahalaşıb.

 

2018-ci ilin ilk rübündə əmtəə bazarında ən çox ucuzlaşmış məhsul isə 18,6 faizlə şəkər olub. Braziliya və Hindistanda şəkər istehsalının artacağına dair proqnozlar şəkər qiymətlərinin düşməsinə səbəb olub.

 

Şəkərdən sonra ən çox ucuzlaşmış ikinci əmtəə isə 11,8 ilə alüminium olub. ABŞ Prezidenti Donald Trampın polad və alüminium əlavə vergi qərarını imzalaması alüminiumu ucuzlaşdırıb. Şəkər və alüminiumun adınca 10,2 faiz ilə palladium, 7,4 faiz ilə qaz, 7,2 faiz ilə mis, 6,3 faiz ilə qəhvə, 3,4 faiz ilə gümüş, 3,1 faiz ilə qurğuşun, 0,6 faiz ilə sink gəib.

 

Kakao, mart ayında da əmtəə bazarında 15,4 faiz artımla investoruna ən çox qazandıran məhsul olub. Həmin dövrdə Brent nefti 7,2 faiz, qaz 2,4 faiz, qarğıdalı 1,5 faiz və qızıl 0,5 faiz bahalaşıb. 

 

Buğda, mart ayında 8,8 faiz ucuzlaşma qeyd edib və əmtəə bazarında həmin dövrdə investoruna ən çox ziyan vuran məhsul olub.

 

Buğdanın ardınca 8,5 faiz ilə palladium, 7,9 faiz ilə alüminium, 7,8 faiz ilə şəkər, 5,7% ilə sink, 5,1 faiz ilə platin, 4,2 faiz ilə qurğuşun, 4 faiz ilə nikel, 3,3 faiz ilə mis, 3,1 faiz ilə qəhvə, 1,6 faiz ilə pambıq, 1% ilə soya lobyası və 0,1% ilə gümüş gəlib.

 

Qərbi Afrika dünyanın ən böyük kakao istehsalçısı mövqeyindədir. Fil Dişi Sahili və Qana dünya kakao istehsalının 60%-ni həyata keçirir.

 

Yağışların az yağması səbəbindən kakao keyfiyyətində əhəmiyyətli azalma müşahidə olunur. Kakao keyfiyyətində baş verən azalma səbəbindən, kakao sifarişlərinin 70%-i ləğv edilib. Bu nisbətdə sifariş ləğvi bazarlarda kakao qiymətinin sürətli yüksəlişinə səbəb olub.

 

Yalnız Qərbi Afrikada deyil, alternativ olaraq görülən kakao istehsalçısı İndoneziyada da problemlər mövcuddur. Afrikada istilər və az yağıntı səbəbindən kakao keyfiyyəti düşərkən, alternativ olaraq görülən İndoneziyada şumlanmış sahələrin azalması qiymətlərin yüksəlməsinə səbəb olur.

 

Kakao - şokolad, kosmetika və əczaçılıq sənayelərində istifadə olunur.

 

Dünya Birjalarında ticarət olunan müxtəlif əmtəələrin 2017-ci ilin sonu, 2018-in ilk rüb yekunu qiymətləri və təmin etdikləri gəlir/zərər:

 

Əmtəənin adı

29 Dekabr 2017 (dollar)

28 Fevral 2018 (dollar)

30 Mart 2018 (dollar)

İlk rüb fərqi (%-lə)

Mart ayı Fərqi (%-lə)

1

Kakao

1.892,00

2.218,00

2.560,00

35,3

15,4

2

Qarğıdalı

350,75

382,00

387,75

10,5

1,5

3

Soya lobyası

951,75

1.055,50

1.044,75

9,7

-1

4

Nikel

5,6752

6,2691

6,0135

5,9

-4

5

Buğda

427,00

495,00

451,00

5,6

-8,8

6

Brent nefti

66,60

64,62

69,33

4

7,2

7

Pambıq

78,63

82,93

81,60

3,7

-1,6

8

Qızıl

1.303,09

1.317,65

1.325,45

1,7

0,5

9

Platin

929,12

982,40

932,19

0,3

-5,1

10

Sink

1,5035

1,5851

1,4932

-0,6

-5,7

11

Qurğuşun

1,1237

1,1365

1,0881

-3,1

-4,2

12

Gümüş

16,950

16,394

16,369

-3,4

-0,1

13

Qəhvə

126,20

122,00

118,20

-6,3

-3,1

14

Mis

3,2620

3,1307

3,0246

-7,2

-3,3

15

Qaz

2,953

2,667

2,733

-7,4

2,4

16

Palladium

1.062,92

1.044,21

954,50

-10,2

-8,5

17

Alüminium

1,0212

0,9780

0,9004

-11,8

-7,9

18

Şəkər

15,16

13,38

12,33

-18,6

-7,8

16.04.2018 16:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ