Ən yuxarı (mobil)_30

Abunəçilərinin sayı 125 milyona çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abunəçilərinin sayı 125 milyona çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal internet televiziya şəbəkəsi Netflix-in dünyada cəmi abunəçilərinin sayı 125 milyona çatıb.

 

Netflix, 2018-ci ilin rübünə dair maliyyə göstəriciərini açıqlayıb.

 

"Marja" xəbər verir ki, şirkətin yaydığı açıqlamada ilin ilk rübündəki gəlirin, keçən ilin eyni dövrü ilə müqayisədə 40% artımla 3,7 milyard dollara yüksəldiyi bildirilib. Şirkətin gəliri keçən ilin ilk 3 ayında 2,64 milyard dollar olmuşdu.


Netflix-in ilin ilk rübündə xalis mənfəəti bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63% artaraq 290 milyon dollara çatıb. Netflix, 2017-nin yanvar-mart dövründə 178 milyon dollar xalis mənfəət açıqlamışdı.


Şirkətin mənfəət və gəlirindəki artımın ardından səhmlərinin dəyəri 6,7% artaraq 328,60 dollara qədər qalxıb. 

 

Netflix, 2018-in ilk rübündə dünyada təxminən 7 milyon 410 min yeni abunəçi cəlb edib.

 

Yeni abunəçilərin 1 milyon 960 mini ABŞ-dan, 5 milyon 460 mini də digər ölkələrdən gəlib.


Beləcə, Netflix-in cəmi üzv sayı ABŞ-da 56 milyon 710 minə, digər ölkələrdə 68 milyon 290 minə çataraq cəmi təxminən 125 milyon olub.

 

Netflix, ilin ikinci rübünün sonunda dünyada cəmi abunəçi sayının təxminən 131 milyona yüksəlməsinin nəzərdə tutulduğunu da bildirib.

17.04.2018 04:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ