Moody’s: "Bank of Baku" öz reytinqini qoruyub, saxlamaqdadır
Moody's beynəlxalq reytinq agentliyi 01 iyul 2016 – 01 yanvar 2017-ci il tarixlərini əhatə edən növbəti hesabatında “Bank of Baku”-nun reytinqinin dəyişməz olaraq qaldığını və bankın bazardakı mövqeyini qoruyub saxladığını təsdiq edib.
Belə ki, agentliyin açıqlamasında Bankın əsas maliyyə göstəriciləri – məcmu kapitalın adekvatlığı, likvidlik səviyyəsi və ehtiyatların ümumi həcminin müsbət olduğu vurğulanıb.
2015-ci ilin ortalarından etibarən xərclərin optimallaşdırılması nəticəsində Bank of Baku-nun 2016-cı ildə xərclərinin gəlirə nisbəti keçən illə müqayisədə 35.5%-dən 25.6%-ə qədər azaldılmışdır. Ötən dövrlə müqayisədə, həmçinin bankın məcmu kapitalında və likvidliyində müsbət artım tendensiyası qeydə alınıb. Belə ki, 01 yanvar 2017-ci il tarixinə olan göstəriciyə əsasən məcmu kapitalın adekvatlıq əmsalı 22.90 % təşkil edir ki, bu göstərici Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən çoxdur. Bankın gözlənilməz xərclərə qarşı kifayət qədər kapitalının olduğunu hesabatda xüsusilə qeyd edən Moody’s likvidlik əmsalının da növbəti 12-18 ay ərzində yüksək qalacağını proqnozlaşdırır. Belə ki, Bankın 2016-ci ildə fəaliyyəti nəticəsində likvidlik əmsalı 24.1%-dən 37.4%-ə qədər artmışdır.
Bütün bu faktorları əsas götürərək, Moody’s Reytinq agentliyi Bank of Baku-nun reytinqini stabil olaraq B3 səviyyəsində qaldığını təsdiq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 4 saat əvvəl
-
6 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 9 saat əvvəl