Ləğv prosesində olan 5 bankın 8 əmlakı icarəyə verilir

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus 8 əmlakın icarəyə verilməsi ilə bağlı hərrac keçirəcək.

 

Fonddan  verilən məlumata görə, ləğv prosesində olan "Texnikabank" ASC-yə və “Bank of Azerbaijan” ASC-yə məxsus avtomobillərin icarəyə verilməsi ilə bağlı hərrac mayın 16-da keçiriləcək.

 

Bundan başqa, mayın 16-da ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus 2 ofis və bir qeyri-yaşayış sahəsi, “Yunayted Kredit Bank” ASC-yə məxsus ticarət obyekti, QSC “Bank Standard” KB-yə və “Dəmirbank” ASC-yə məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.  

17 Aprel 2018 , 14:35   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin