Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Sanksiyalar Rublda daha böyük ucuzlaşmaya rəvac verə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sanksiyalar Rublda daha böyük ucuzlaşmaya rəvac verə bilər"

Qərb ilə artan gərginliklə keçən həftə kəskin dəyərdən düşən Rusiya Rublunun yeni sanksiyalar ilə daha çox dəyərdən düşə biləcəyi bildirilir.
 

"Marja" xəbər verir ki, CNBC-yə danışan "BNP Mellon"un valyuta strateqi Simon Derrick, "keçən həftə baş verən hadisə son 20 ildə 3 dəfə görülmüş bir qiymət hərəkəti idi. 2014-dəki rubl böhranında, ondan əvvəl 1998 və qlobal maliyyə böhranının olduğu 2008-dəkinə bənzər hərəkət baş verdi",- deyib.
 

Rusiyanın pul vahidi Rubl, ABŞ ilə Suriya məsələsində artan gərginliyin təsiri ilə 7 gündə dollar qarşısında 57-dən 65-ə qalxdı. Dünən ABŞ Rusiyaya yeni sanksiyaları müzakirə etdiyini açıqlayıb.
 

Derrick "Rubl böhran dövrlərində 2 və ya 3 həftə düşə, bəzən 10 faiz və ya daha çox gündəlik hərəkətlər meydana gələ bilər, məncə bu an belə bir dövrdəyik" ifadəsini istifadə edib.
 

Rusiya Mərkəzi Bankı, 2014-ci ildə sanksiyalar və durğunluq səbəbilə Rublun ucuzlaşmasını dayandırmaq üçün 80 milyard dollarlıq valyuta müdaxiləsi etmiş,  faizləri d növbədənkənar iclasla yüksəltmişdi.
 

Derrick, Rusiya Mərkəzi Bankının bu dəfə Rublu dəstəkləmək üçün ehtiyatlarını istifadə etməyəcəyini bildirərək "2014-dəki vəziyyətdən dərs aldılar. İkincisi də, Rusiyaya daha çox sanksiya tətbiq ediləcəyini bilirik, bu da Rublda böyük satışa (Rublun dəyərdən düşməsinə) rəvac verə bilər" deyib.

17.04.2018 12:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ