Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana avtomobil idxalı kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana avtomobil idxalı kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin 1-ci rübündə Azərbaycana 3 506 ədəd nəqliyyat vasitəsi idxal edilib. 

 

"Marja"nın Dövlət Gömrük Komitəsinin hesabatlarından topladığı məlumata görə, nəqliyyat vasitələrinin idxalı rüblük müqayisədə 1,8 dəfə azalıb. 2017-ci ilin 4-cü rübündə Azərbaycana 6455 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi.

 

2017-ci ilin 4-cü übündə Azərbaycana 5827 ədəd minik avtomobili idxal olunmuşdu. 2018-ci ilin 1-ci rübündə bu say 3158 ədəd təşkil edib. 

 

2018-ci ilin əvvəlindən avtomobil idxalına idxal rüsumlarının artırılması qərarı öncədən avtomobil idxalının artmasına təkan vermişdi.

 

İllik müqayisədə isə avtomobil idxalı artıb. Belə ki, nəqliyyat vasitələrinin idxalı 2017-ci ilin 1-ci rübü ilə müqayisədə 2,45 dəfə artıb. 2017-ci ilin ilk rübündə Azərbaycana 1 431 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu. Minik avtomobillərinin idxalı 1185 ədəddən 3158 ədədə qalxıb.

18.04.2018 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ