Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni investisiya şirkətinin kapitalı formalaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni investisiya şirkətinin kapitalı formalaşdırılır

Maliyyə Bazarlarına Nəzarət Palatası “BTB Kapital İnvestisiya Şirkəti” QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

 

Bu barədə şirkətdən bildirilib.

 

Məlumata görə, emissiya “BTB Kapital”a 350 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. Bunun üçün hər birinin nominal dəyəri 1 000 manat olan 350 ədəd səhm qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək.

 

Xatırladaq ki, Vergilər Nazirliyi sözügedən investisiya şirkətini bu il fevralın 15-də dövlət qeydiyyatına alıb. “BTB Kapital” “Bank BTB” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27-də qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin keçmiş direktoru Ruslan Nazim oğlu Cəfərovdur. 

 

© Report

18.04.2018 07:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ