Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dollar Trampın məsləhətçisinin "avro" açıqlamasının ardından sərt ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar Trampın məsləhətçisinin "avro" açıqlamasının ardından sərt ucuzlaşdı

Avro/Dollar məzənnəsi (EUR/USD), ABŞ prezidenti Donald Trump-ın 2017-ci ildə qurulan Milli Ticarət Şurasının başçısı Peter Navarronun avro ilə bağlı verdiyi açıqlamasının ardından sərt yüksəlib. Peter Navarro Donald Trump-ın məsləhətçisidir.

 

"Marja" xəbər verir ki, Navarro, "Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTİP) ikitərəfli bir razılaşma olaraq görməyin qarşısında böyük bir mane olaraq Almaniya var. Almaniya, çox ucuz "üstü bağlı Alman markı"nı (avroya işarə edir) istifadə edərək Avropa Brliyindəki digər ölkələr və ABŞ-dan faydalanır" deyib.

 

Avro, Navarronun açıqlamasının ardından dollar qarşısında sərt yüksəlib. Çərşənbə axşamı gününə 1.0695 səviyyəsindən başlayan avro/dollar cütlüyü, Bakı vaxtı ilə saat 19:00-a olan məlumata görə,  1% qalxaraq 1.08 səviyyəsinə çıxıb (Dollar avro qarşısında 1% ucuzlaşıb).  

 

Dolların 10 mühüm valyuta  qarşısındakı dəyərini izləyən Bloomberg Dollar Spot İndeksi, Navarronun açıqlamasının ardından sərt düşüb. İndeks 0.42% mənfidə 1237.63 bənd səviyyəsinə geriləyib.

31.01.2017 16:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ