Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

7 ədəd Gəncə memarlığına xas 9 mərtəbəli binalar inşa ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
7 ədəd Gəncə memarlığına xas 9 mərtəbəli binalar inşa ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncədə 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib


 
İcra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb. 

Reklam_3_11


Şəhərdə ictimai-siyasi sabitlik olmaqla, dinamik makroiqtisadi göstəricilər əldə edilib.

 

Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib.

 

Şəhər İcra Hakimiyyətinin başçısı Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində an son tamamlanma işləri, Gəncə Şahmat Məktəbinin yeni binasının inventarla təminatı məsələsi, Gəncə şəhər Səhiyyə İdarəsinin yeni binaya köçürülməsi ilə bağlı son vəziyyəti müzakirə edib, adiyyatı şəxslərə tapşırıq və tövsiyyələrini verib. Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncəçayın sel sualarından mühafizəsi ilə bağlı sağ sahilində bənd vurulmuşdu. Çayın sol sahilində aparılan işlər isə yekunlaşmaq üzrədir. Sözügedən ərazidən 130 ailə köçürülmüşdü və yeni layihə nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay müddətinə yekunlaşmalıdır.

 

Çayın sol sahili üçün işlənilən layihə də artıq hazirdır. Bu hissədə də bulvar kompleksi salınacaq. Layihəyə uyğun olaraq bulvarda "Bayraq muzeyi", yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvarda qapalı və açıq stadionların tikintisi də layihədə öz əksini tapıb.

 

İcra başçısı müxtəlif təyinatlı binaların tikintisi üçün tenderin elan olunacağını da qeyd edib. Layihənin icrası investorların qoyduğu investisiya hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə də xüsusi baxış keçiriləcək. Şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə veriləcək.

 

Nizami prospektində isə Gəncəçay körpüsündən Heydər Əliyev prosketinə qədər olan ərazidə 7 ədəd  Gəncə memarlığına xas olan müxtəlif bloklu 9 mərtəbəli binalar inşa ediləcək. Binanın birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. 150 dən çox ailə evinin kvadratmetrinə uyğun olaraq həmin binalara köçürüləcək. Digər mənzillər isə açıq satışa çıxarılacaq.

18.04.2018 08:51

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ