Azərbaycan “Polonez” raket sistemi alır

Moskvanın "Kommersant" qəzetinin məlumatına görə, bu il Belarus Azərbaycana on ədəd "Polonez" yaylım atəşli reaktiv sistem göndərəcək. Belarus Müdafiə Nazirliyindəki mənbə qəzetə bildirib ki, müqavilə on komplekt RSZO (raketlər, idarəetmə məntəqəsi, radiolokasiya stansiyaları və s.) verilməsini nəzərdə tutur.

 

Hüquqi sənədlər yekun mərhələsindədir, sifarişçi ödəniş məsələsinin həllini başa çatdırır. Müqavilənin məbləği açıqlanmır.

 

Bakı çoxdan Belarusun "Polonez"inə "göz qoyub". Azərbycanın müdafiə naziri Zakir Həsənov bu yaxınlarda Minskdə həmin raket sistemi ilə tanış olub. Rusiyadakı hərbi ekspertlər bu sövdələşməni Bakının Ermənistana "İskander" raket sisteminin göndərilməsinə cavab kimi baxır.

 

Qeyd edək ki, bundan öncə bir sıra Belarus KİV-i Ermənistanın təzyiqi ilə Minskin Azərbaycana "Polonez" göndərməkdən imtina etdiyini bildirmişdi. O zaman Bakıya raket sisteminin göndərilməsi ilə bağlı danışıqlar Yerevanın etirazına səbəb olmuşdu. Yerevan Minski üzv olduğu KTMT-nin nizamnaməsini pozmaqda ittiham etmişdi. Lakin hadisələr göstərdi ki, bu cür yazılar Yerevanı sakitləşdirmək üçün manevr idi.

 

"Polonez""in taktiki-texniki xüsusiyyətlərinə gəlincə, bu sistem düşmənin qrup şəklində və ya tək hədəfini, canlı qüvvə və texnikasını məhv etmək üçün nəzərdə tutulub.

 

300 mm. kalibrli raket Amerikanın RSZO HIMARS sistemindən iki dəfə uzağa uçur və peyk naviqasiyası əsasında korrektirovka sistemi ilə təchiz edilib. Hədəfdən yayınma 30 m.-i ötmür. Altı hərbi maşından ibarət "Polonez" batareyası bir atəşlə 100 kv. km. sahədə yerləşən 48-dək ayrı-ayrı hədəfi vura bilir.

 

Raket 280 km. məsafədə atəşi təmin edən peyk idarəetmə sisteminə malikdir. 480 kq. çəkisində döyüş hissəsi 560 kq. trotil gücə malikdir.

 

Bu o deməkdir ki, Ermənistan ərazisi və Dağlıq Qarabağ güclü raket zərbəsi altında qala bilər. Əsasən Naxçıvan ərazisindən Ermənistanın paytaxtına zərbə endirilə bilər. 

 

© Turan

18 Aprel 2018 , 11:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin