Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İcraçı direktor cərimələnəcək, həbs ediləcək, vəzifəsindən kənarlaşdırılacaq - YENİ TƏLƏBLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcraçı direktor cərimələnəcək, həbs ediləcək, vəzifəsindən kənarlaşdırılacaq -  YENİ TƏLƏBLƏR

Azərbaycanda rəhbərlik etdiyi şirkəti zərərə salan, səhmdarlara zərər vuran və digər pozuntulara yol verən şirkət, müəssisə və təşkilat rəhbərlərini xoşagəlmək yeniliklər gözləyir.
 

Kiçik investorların hüquqlarının qorunması üçün qanunvericiliyə yeni dəyişikliklərin edilməsi planlaşdırılır.

Reklam_3_11


PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!


Bundan başqa, dəyişikliklərdə şirkətlərin alqı-satqısı zamanı fırıldaq və qəsdən aşağı qiymətə satma, qiymət manipulyasiyalarının qarşısının alınması ilə bağlı da ciddi yeniliklər nəzərdə tutulur.


Xatırladaq ki, indiyədək aparılan dəyişikliklər nəticəsində kiçik səhmdarların hüquqlarının qorunması və manipulyasiyaların qarşısının alınması ilə bağlı bəzi yeniliklər edilib.


 
Bunlar aşağıdakılardır: 
 
- səhmdarların təmin olunmuş iddialarına görə icraçı direktor cərimələnə, həbs edilə yaxud vəzifəsindən kənarlaşdırıla bilər.
 
- səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatı (əqdi) ləğv edə bilər.
 
- məhdud məsuliyyətli cəmiyyətin (MMC) aktivlərinin 51 faizinin satıldığı zaman cəmiyyətin iştirakçılarının razılığı tələb olunur.
 
- səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda ilk öncə mövcud iştirakçılara təklif etməlidir.
 
 - səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı tərəfindən digər səhmdarlara təklif edilməlidir.
 
- Məhdud məsuliyyətli cəmiyyətin mənfəəti qanunla müəyyən olunmuş vaxt aralığında bölüşdürülməlidir.
 
- İştirak payının 5 faizini təşkil edən səhmdar cəmiyyətinin iştirakçıları gündəliyə yeni müzakirə mövzularını əlavə edə bilərlər.
 
Yaxın vaxtlarda isə qanunvericiliyə daha yeni əlavələr ediləcək. Bunlar  aşağıdakılardır:  
 
- Səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə marağı olan direktoru məsuliyyətə cəlb edə bilərlər.
 
- Səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə digər direktorları məsuliyyətə cəlb edə bilərlər.
 
- İcraçı direktor səhmdarların təmin olunmuş iddialarına görə cərimələnə, həbs edilə, yaxud vəzifəsindən kənarlaşdırıla bilər.
 
- Səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatını (əqdi) ləğv edə bilərlər.
 
- Menecerlərə verilən ödənişlər açıqlanmalıdır.
 
- Səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda ilk öncə mövcud iştirakçılara təklif etməlidir.
 
- Səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı tərəfindən digər səhmdarlara tender elan etməlidir.
 
- Cəmiyyətin direktorlar şurası yalnız direktorlar şurasının üzvlərindən ibarət audit komitəsini ehtiva etməlidir.
 
 

Yeni təsbit olunacaq hüquqlar

Qanunlara ediləcək dəyişikliklər

 
 
Səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə marağı olan direktoru məsuliyyətə cəlb edə bilərlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsində dəyişiklik edilərək, yeni redaksiya ilə verilməsinin təmin edilməsi:
Hüquqi şəxsin iştirakçılarının nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidirlər.
 
Hüquqi şəxs adından çıxış edən və ya idarəetmə orqanlarında hüquqi şəxsi təmsil edən şəxs, hüquqi şəxsə və ya səhmdara dəyən zərərə görə, məsələn, hüquqi şəxs zərərlə işlədikdə, hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə qeyri-mütənasib bonuslar ödənildikdə, hüquqi şəxsin əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə az dəyərlə özgəninkiləşdirildikdə və ya istifadə edildikdə və bu kimi digər hallarda məsuliyyətə cəlb edilməsini əks etdirən 49. 4, eyni zamanda, həmin zərərə görə tutduğu vəzifədən kənarlaşdırıla bilinməsini və ya həmin şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi halında onu, hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etməməsini əks etdirən 49.5 nömrəli yeni maddələrin əlavə edilməsi. Əlavə olaraq, qeyd olunan hallar baş verdikdə hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısı hüquqi şəxs adından çıxış edən və ya onu təmsil edən şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı olan bütün sənədlərə və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri tələb edə bilmək hüququnu müəyyən edən 49.6 nömrəli maddənin də əlavə edilməsi.
 

 
 
 
Səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə digər direktorları məsuliyyətə cəlb edə bilərlər.

 
 
 
İcraçı direktor səhmdarların təmin olunmuş iddialarına görə cərimələnə, həbs edilə, yaxud vəzifəsindən kənarlaşdırıla bilər.

 

Yeni təsbit olunacaq hüquqlar

Qanunlara ediləcək dəyişikliklər

 
Səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatını (əqdi) ləğv edə bilərlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı maddəsinə aşağıdakı yeni cümlənin əlavə edilməsi: “339.6. Bu Məcəllənin 339.1 – 339. 4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər”.

 
 
Menecerlərə verilən ödənişlər açıqlanmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsində 99.2.8-ci bəndinə əlavənin edilməsi və yeni redaksiya ilə aşağıdakı kimi verilməsi təmin edilir: 99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.8. idarəetmə orqanlarının “hər bir üzvünə” verilən ödənişlər.

 
 
 

Yeni təsbit olunacaq hüquqlar

Qanunlara ediləcək dəyişikliklər

 
 
Səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda ilk öncə mövcud iştirakçılara təklif etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.3-cü maddəsinə aşağıdakı cümlənin əlavə edilməsi: “Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir”

 
Səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı tərəfindən digər səhmdarlara tender elan etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 104.2-ci maddəsi yeni redaksiyada verilsin: cəmiyyətin səhminin 50% və daha çox hissəsini satın almaq istəyən şəxs (alıcı) “bütün” səhmdarlara müvafiq təklif təqdim etməlidir.

 
 
 
 
 
Cəmiyyətin direktorlar şurası yalnız direktorlar şurasının üzvlərindən ibarət audit komitəsini ehtiva etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91-4.3-cü maddəsinin aşağıdakı kimi yeni redaksiya ilə verilməsi: “91-4.3. Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-7.2-ci maddəsində aşağıdakı məzmunda ikinci cümlənin əlavə edilməsi: “Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri üçün sayı və onlara dair tələblər qanunla da müəyyən edilə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-12.3-cü maddəsinin aşağıdakı kimi yeni redaksiya ilə verilməsi: Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər."

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

18.04.2018 12:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ