Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Xarici dövlət borcumuzu daha da azaltmalıyıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xarici dövlət borcumuzu daha da azaltmalıyıq”

“Son 15 ildə Azərbaycanda iqtisadi islahatlar aparılıb, iqtisadi məsələlərə böyük önəm verilib”.

 

Bunu Prezident İlham Əliyev bu gün andiçmə mərasimində deyib.

 

“Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər kimdənsə, o cümlədən xarici kreditdən asılısansa, müstəqil siyasət apara bilməzsən. Biz heç bir xarici kreditə möhtac deyilik, əksinə, özümüz kredit veririk. Hazırda xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 20%-ni təşkil edir. Amma mən vəzifə qoymuşam, gələcək illərdə xarici dövlət borcumuzu daha da azaltmalıyıq”, - dövlət başçısı qeyd edib.

 

"Növbəti illərdə çox ciddi islahatlar aparacağıq"

 

İlham Əliyev, “Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. maaşlar təxmini 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb” deyərək sözlərinə belə davam edib:
 

“Sosial-siyasət daim diqqət mərkəzindədir. Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları və onun rifahı daim diqqət mərkəzində olacaq. Nəzərə alsaq ki, növbəti illərdə çox ciddi islahatlar aparacağıq, dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da qalxacaq”.

 

 

Prezident İlham Əliyev bildirib ki, 2003-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3,2 dəfə böyüyüb: “Doğrudur, bu artımda neft amili xüsusi yer tutub, amma 15 il ərzində qeyri-neft ixracımız 4 dəfə artıb. Bu da onu göstərir ki, iqtisadi islahatlarımız böyük səmərə verib”. 

18.04.2018 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ