Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sığortaçılar Assosiasiyasında komitə rəhbərləri ilə görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortaçılar Assosiasiyasında komitə rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ASA-da fəaliyyət göstərən komitələrin sədrləri ilə görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Birliyin sədr müavini və digər əməkdaşları iştirak edib.

 

Reklam_3_11

Görüş zamanı komitələrin fəaliyyəti, burada müzakirə olunmuş məsələlər, cari müzakirələr və əldə edilən nəticələr haqqında məlumat verilib. Həmçinin, komitələrin statusunun artırılması və fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, komitə çərçivəsində qəbul edilən qərarlara dair müraciətlərin birbaşa olaraq müvafiq orqanlara ünvanlanması məsələsi müzakirə predmeti olub.

 

Görüşdə ASA-nın sədri qeyd edib ki, komitələrin fəaliyyətindən gözləntilər çoxdur və bunun üçün ASA tərəfindən hər cür dəstək təmin ediləcəkdir. Bunun üçün birliyə komitələrlə işləmək üçün xüsusi əməkdaş da işə cəlb edilibdir.

 

Qeyd edək ki, bir müddət öncə ASA-nın nəzdində fəaliyyət göstərən hər 3 komitənin yeni sədrləri və üzvləri formalaşdırılmışdır. Hüquq komitəsinin sədri “Atəşgah Sığorta” ASC-nin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılov, Həyat komitəsinin sədri “Paşa Həyat Sığorta” ASC-nin Risklərin İdarəedilməsi Departamentinin müdiri Fərid Abdullayev və Qeyri-həyat komitəsinin sədri “Paşa Sığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin meneceri Fərid Hidayətovdur.

18.04.2018 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ