Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərbaycan Sənaye Sığorta”dan 2016 hesabatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Sığorta”dan 2016 hesabatı

“Azərbaycan Sənaye Sığorta” ASC 2016-cı ilin yekunlarını açıqlayıb.

 

İlin nəticələrinə görə, Şirkət 2016-cı ili 2 292 438 manat ümumi mənfəətlə başa vurub. Ümümilikdə 6 395 698 manat sığorta haqqı toplamış və 3 230 466 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Az sayıda olan şirkətlərdəndir ki, yığılan sığorta haqlarının 50%-dən çoxunu ödənişə sərf edir.

 

2016-cı il ərzində Kənd Təsərrüfatı sığortası üzrə toplanan sığorta haqqları 50%,  Könüllü Tibbi Sığorta xidmətlərindən istifadə edənlərin sayı 45%, bu sahədən toplanan sığorta haqlarının məbləği isə 2 dəfə yüksəlmişdir. Həmçinin Yük sığortasında da kifayət qədər artım var.

 

2016-cı ildə tibbi sığorta, korporativ sığorta xidmətləri, icbari və kasko sıgorta hadisələri ilə bağlı məmnuniyyət araşdırmaları aparılmış, göstərilən xidmətin keyfiyyəti yüksəldilmişdi. Şirkət 2016-cı il fəaliyyətlərinə görə, Global Brands Magazine tərəfindən  Azərbaycanın “Ən yaxşı Qeyri-Həyat Sığorta Şirkəti” və Finance Digest-in Azərbaycanın “Biznes Sığortada Mükəmməllik Brendi”  mükafatlarına layiq görülüb.  2017-ci ildə də bu və buna bənzər araşdırmaların, yarışmalarda iştirakın  həyata keçirilməsi davam etdiriləcəkdir.

 

2017-ci ildə tibbi siğortada, kənd təsərrüfatı sığortasında da ciddi nəticələrə, irəliləyişlərə nail olmağa davam etmək, “Digital Marketinq”i aktivləşdirərək hədəf kütləni maksimum şəkildə tanınmaq, seqmentasiya aparmaq və bir çox marketinq fəaliyyətini həyata keçirmək Şirkətin əsas hədəflərindəndir.

01.02.2017 06:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ