Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Volkswagen 70 illik loqosunu dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volkswagen 70 illik loqosunu dəyişir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Volkswagen Group, elektrikli vasitələrə keçid prosesi ilə birlikdə şirkətin 1948-ci ildən bu yana istifadə etdiyi loqosunu da dəyişəcək. Yeni loqonun gələn il göz önünə çıxması gözlənilir.
 

Volkswagen-in yaradılandan bu yana eyni olan, ancaq 2012-ci ildə çox kiçik bir dəyişikliyə uğrayan loqosu tamamilə dəyişə bilər. Hələ bu dəyişikliyin necə olacağı ilə bağlı qəti bir məlumat verilməyib.

Reklam_3_11

 

"Marja" xəbər verir ki, Volkswagen-ə Sentyabr ayında Hyundai-dan gələn Marketinq direktoru Jochen Sengpiehl mühüm açıqlamalar verib.
 

Loqonun yenilənməsinin arxasındakı əsas məqsədin Volkswagen-in elektrikli vasitələrə fokuslanması ilə
daha rəngli bir hala gətirmək olduğunu deyən Sengpiehl, bu şəkildə markanın "ifrat Alman" görünüşü ilə itirdiyi duyğusal əlaqələrin yenidən bərpa edilməsinin hədəfləndiyini söyləyib.
 

Markanın əvvəlki illərə nisbətən daha yaxşı vəziyyətdə olmadığına diqqət çəkən Sengpiehl, buna tək səbəbin dizel qalmaqalı olmadığını, eyni zamanda "ifrat Alman" görüntüsünün istehlakçılarla brend arasında "romantik" əlaqələrə ziyan vurduğunu bildirib.
 

DAHA RƏNGLİ
 

Ötən aylarda elektrikli vasitələrlə bağlı strategiyasını açıqlayan Volkswagen, bu dəyişiklik üçün 25 milyard dollar xərcləyəcək.
 

Sengpiehl, bunun çox önəmli bir dəyişiklik olduğuna diqqət çəkərək, "Ən mühüm problem budur; İnsanlar elektrikli vasitələr dünyasına necə girəcək? Biz istehlakçıların bizimlə birlikdə əylənməsini istəyirik. Bu səbəbdən daha rəngli olmağa ehtiyacımız var",- deyib

19.04.2018 08:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ