Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Gürcüstan arasında 270 milyon dollarlıq dövriyyə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Gürcüstan arasında 270 milyon dollarlıq dövriyyə!

 

Bu ilin birinci rübündə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 270 mln. 209,3 min dollar təşkil edib.

Reklam_3_11

 

Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına görə, yanvar-mart aylarında Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 9,6% təşkil edib.

 

Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü böyük ticarət tərəfdaşı olub.

 

Cari ilin ilk 3 ayında Azərbaycan Gürcüstandan 76 mln. 435,2 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 193 mln. 774,1 min dollar dəyərində məhsul ixrac olunub.

 

Qeyd olunan dövrdə Azərbaycan Gürcüstandan ən çox minik avtomobili (1 380 ədəd) idxal edib. İdxal olunmuş avtomobillərin dəyəri 25 mln. 293,5 min dollar təşkil edib.

 

Azərbaycanın qonşu ölkədən ən çox idxal etdiyi məhsulların ilk beşliyinə daha sonra siqarlar (14 mln. 275,8 min dollar), medikamentlər (7 mln. 389,2 min dollar), diri iribuynuzlu mal-qara (3 mln. 490,7min dollar) və dəmir və ya aşqarlanmış poladdan çubuqlar (2 mln. 468,8 min dollar) daxildir.

 

Hesabat dövründə Gürcüstan Azərbaycandan ən çox  neft qazları və digər qaz halında karbohidrogenlər (120 mln. 534,8 min dollar dəyərində) idxal edib.

 

Qonşu ölkəyə Azərbaycandan ən çox ixrac olunmuş məhsullara daha sonra elektrik enerjisi (24 mln. 780,2 min dollar), neft və neft yağları (18 mln. 232,9 min dollar), sement (3 mln. 208,2 min dollar) və gips, anhidrit və gipsli bağlayıcılar (3 mln. 149,1 min dollar) daxildir.

 

Bu ilin birinci rübündə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 2 mlrd. 823,8 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 23,3% çoxdur.

 

Qonşu ölkənin ixracı 28,4% artaraq 740,3 mln. dollar, idxalı isə 21,6% artaraq  2 mlrd. 083,4 mln. dollar təşkil edib.

 

© APA

19.04.2018 09:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ