Nərimanovda Qafqazın ən böyük elektronika mağazası açıldı
Bakıda 3 mərtəbəli elektronika və məişət texnikası hipermarketi xidmətə başladı.
18 apreldə Nərimanov metrosunun çıxışında yerləşən yeni elektronika və məişət texnikası hipermarketinin açılış mərasimi keçirilib.
Baku Electronics-ə məxsus bu mağaza 2500 kvadrat metr sahəyə malikdir və təkcə Azərbaycanın deyil, Qafqazın ən böyük mağazası hesab edilə bilər. Mağaza 3 mərtəbədən ibarətdir: 1-ci mərtəbə elektronika məhsullarına, 3-cü mərtəbə isə məişət texnikasına ayrılıb. Xüsusilə qadınlar üçün nəzərdə tutulan 2-ci mərtəbədə İtaliya və digər ölkələrin tanınmış brendlərindən olan qab-qacaq, tekstil və dekor əşyalarının geniş çeşidi sərgilənir.
Mağazanı açıq elan edən NAB şirkətlər qrupunun icraçı direktoru Can Öztürk çıxışında bildirib ki, “İnanırıq ki, Nərimanov mağazamız hamı üçün rahat və münasib alış-veriş məkanına çevriləcək. Belə bir satış mərkəzinin açılışı Azərbaycan iqtisadiyyatının inkişafına, güclü dövlətdə güclü şirkətlərin qurulmasına bir nümunədir”.
Açılışda Samsung, LG Electronics, Bosch-Siemens şirkətlərinin nümayəndələri də çıxış edərək yeni mağazaya uğurlar arzu ediblər.
Açılış mərasimi əyləncəli proqramla, həmçinin məşhur müğənni Miri Yusifin ifası ilə davam edib.
100-ə yaxın müxtəlif markanın təmsil olunduğu yeni mağaza geniş çeşidə malikdir. Nərimanov metrosunun çıxışında, rahat və əlverişli yerdə yerləşdir. Mağazanın tərkibində kiçik oyun zonası, tam funksional kiçik mətbəx ərazisi də var.
Qeyd edək ki, Baku Electronics mağazası 24 ilə yaxındır fəaliyyət göstərir və Azərbaycanın ən böyük pərakəndə elektronika-məişət texnikası satış şəbəkələrindən biridir. NAB holdinqə daxil olan şirkətin Bakı və regionlarda ümumilikdə 14 satış nöqtəsi fəaliyyət göstərir.
N.Nərimanov metro stansiyasının üstü
Tel: (012) 143
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
9 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
10 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
10 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 10 saat əvvəl