Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məhkəmə “Hafka”nın şirkəti və oğullarının bankı ilə bağlı qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhkəmə “Hafka”nın şirkəti və oğullarının bankı ilə bağlı qərarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Apellyasiya Məhkəməsində ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

 

Reklam_3_11

Hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv olunub. Məhkəmə ASC-nin iddiasının təmin edilməsi barədə qərar çıxarıb.

 

Qeyd edək ki, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə borcun qaytarılması barədə tələb irəli sürüb.

 

Məhkəmə iddianı təmin etməyib.

 

Qərardan narazı qalan bank apellyasiya şikayəti verib.

 

Onu da əlavə edək ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.

 

Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib. Həmin bank H.Məmmədovun oğullarına məxsusdur.

 

© Report

19.04.2018 10:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ