Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Metak istiqrazları 8 investor tərəfindən alındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Metak istiqrazları 8 investor tərəfindən alındı

19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında “METAK” MMC-nin AZ2002020272  ISIN-li, 3 milyon  manat həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Reklam_3_11

Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən təqdim edilmişdir.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat olmuşdur.

 

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil etmişdir.

 

İstiqrazların  ödəmə tarixi 19 aprel 2019-cu ildir.

 

Qeyd edək ki, METAK istiqrazları illik 12% gəlir vəd edir.

 

İstiqrazların buraxılış parametrləri  

Qiymətli kağızın ISIN kodu

AZ2002020272

Emissiya həcmi

3 000 000 AZN

Nominal qiyməti

1000 AZN

Hərrac qiyməti

1000 AZN

İstiqrazların tədavül müddəti

1 il (365 gün)

Faiz dərəcəsi (illik)

12 %

Faiz gəlirinin ödəniş müddəti

 1 aydan bir (30 gün)

Anderrayter

Unicapital İŞ QSC

 

Emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satın alınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi (9-12 ay) “METAK” MMC tərəfindən təmin ediləcəkdir. 

 

19.04.2018 14:21

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ