Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Maaşı sığorta şirkətinə köçürüb vergiləri ciblərinə qoyurlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maaşı sığorta şirkətinə köçürüb vergiləri ciblərinə qoyurlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır.

 

“Marja” xəbər verir ki, Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 50 milyon 12 min manat təşkil edib. Ötən ilin 1-ci rübündə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 28 milyon 950 min manat təşkil etmişdi. Başqa sözlə, yığımlar 42% artıb.

 

2017-ci ildə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 138 milyon manat təşkil etmişdi.

 

Dövlət Sosial Müdafiə Fondu qanuna düzəliş edərək güzəştlərin məhdudlaşdırılması istiqamətində addımlar atmaq niyyətindədir. Çünki məcburi sosial sığotahaqqını toplaya bilmir. Həyat sığortası şirkətləri isə bu güzəştlərin sığorta sektoruna töhvələr verdiyini bildirərək olduğu kimi saxlanılmasını məqsədəmüvafiq hesab edirlər.

 

Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.

 

HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR

 

Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.

 

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.

 

-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.

 

-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.

 

-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.

 

Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.

 

Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir.  Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.

 

2018-ci ilin yanvar-mart dövrü, min manatla

Həyat sığortası üzrə, o cümlədən:

63,307.6

26,711.8

həyatın yaşam sığortası

50,012.3

26,430.2

həyatın ölüm halından sığortası

12,746.1

281.6

əmək qabiliyyətinin sığortası

532.9

-

sağalmaz xəstəliklərdən sığorta

16.3

-

 

2017-ci ilin yanvar-mart dövrü

Həyat sığortası üzrə

34 166 324,56

31 003 583,90

 o cümlədən:

 

 

həyatın ölüm halından sığortası

4 981 733,02

677 313,68

həyatın yaşam sığortası

28 950 939,15

30 321 270,22

annuitet sığortası

0,00

0,00

əmək qabiliyyətinin sığortası

204 866,50

0,00

sağalmaz xəstəliklərdən sığorta

28 785,89

5 000,00

 

2017-ci il

Həyat sığortası üzrə

177 855 771,53

126 406 920,10

 o cümlədən:

 

 

həyatın ölüm halından sığortası

37 942 389,49

2 351 493,47

həyatın yaşam sığortası

137 927 658,08

124 045 576,63

annuitet sığortası

0,00

0,00

əmək qabiliyyətinin sığortası

1 868 207,33

0,00

sağalmaz xəstəliklərdən sığorta

117 516,63

9 850,00

 

20.04.2018 14:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ