Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Avroya keçmək, dolların sunami təsirinə mane olmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avroya keçmək, dolların sunami təsirinə mane olmayacaq"

İran Məclisinin Xəbər Agentliyinə (ICANA) görə, reformistlərlə yaxınlığı ilə tanınan İran Məclisinin deputatı Əlişahi, "Avro istifadəsinə keçmək hər nə qədər yaxşı olsa da, dolların sunami təsirinə mane olmayacaq", - deyib.

 

Qeyd edək ki, İran, valyuta əməliyyatlarında bundan sonra dollar yerinə avro istifadə etməyə qərar verib.

 
Verilən qərarın İran iqtisadiyyatına təsirinin orta müddətdə ortaya çıxacağına işarə edən Əlişahi, dövlətin bazara pul çıxarmasını və iqtisadiyyatı bərpa etməsinin doğru olacağını bildirib.
 

Avroya keçidin tez olduğunu deyən Əlişahi, "Məclis və hökumət Çirkli Pulların Yuyulması ilə Mübarizəyə Dair Maliyyə İşçi Qrupu (FATF) haqqında qısa zamanda addım atmalıdır", ifadəsini istifadə edib.

 

İRANDA İQTİSADİYYATDA QEYRİ-MÜƏYYƏNLİK
 

İranın xarici valyuta əməliyyatlarında dollar yerinə avro istifadə etməyə başlaması ölkədəki kommersiya qeyri-müəyyənliyini dərinləşdirib. Ölkədə dollar rəsmən istifadədən yığışdırılıb. Banklar dollar ilə əməliyyatlar aparmır. Əlində dollar olan insanlar nə edəcəklərini bilmirlər.
 

İdxal və ixracatçılar da qeyri-müəyyənlik səbəbilə ticarət etmirlər. 

 

MƏRKƏZİ BANKIN SƏDRİNİN VƏZİFƏDƏN AZAD EDİLMƏSİ TƏLƏBİ


 
Bundan başqa, "Tasnim" Xəbər Agentliyinə danışan Mühafizəkarlara yaxınlığı ilə tanınan deputat Seyid Cavad Ebtehi, 160 deputatın Mərkəzi Bankın rəhbəri Veliyullah Seyfin vəzifədən azad edilməsini ehtiva edən təklifi Məclis rəhbərliyinə təqdim etdiklərini bildirib.


 
Ebtehi, Seyfin vəzifə müddəti ərzində bank sistemində qeyri-sabitlik yarandığını və ölkənin maliyyə qurumlarının etibarını itirdiyini deyib. 


 
İranda bank sisteminin böhran halında olduğuna toxunan Ebtehi, Seyfin dəfələrlə valyutanı nəzarət altında saxladıqlarını açıqlamasına baxmayaraq, bu açıqlamaların həqiqəti əks etdirmədiyini qeyd edib.

19.04.2018 15:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ