Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı Nəqliyyat Agentliyinə sədr təyin etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Nəqliyyat Agentliyinə sədr təyin etdi

Prezident İlham Əliyev Vüsal Kərimlinin Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Vüsal Ağaməmməd oğlu Kərimli Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

 

Sənədlə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

 

Qeyd edək ki, bu il aprelin 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılıb. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

Xatırladaq ki, Vüsal Kərimli indiyədək Bakı Nəqliyyat Agentliyinin baş direktoru vəzifəsində çalışırdı.

19.04.2018 15:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ