Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Apple-ın mənfəəti və iPhone satışları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-ın mənfəəti və iPhone satışları artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Texnologiya nəhəngi Apple, ötən ilin oktyabr-dekabr dövrünə təsadüf edən 2017-ci maliyyə ilinin ilk rübündə gəlirlərinin artdığını bildirib.


 
"Marja" Apple-dən verilən açıqlamaya istinadən xəbər verir ki, sözügedən dövrdə gəlirin, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artım nümayiş etdirərək 78,35 milyard dollar olduğu qeyd olunub. Şirkət, 2016-ci maliyyə ilinin ilk rübündə 75,87 milyard dollar gəlir açıqlamışdı.
 


 Beləliklə, Apple-ın gəlirləri keçən il üç rüb ardıcıl aşağı düşdükdən sonra ilk dəfə artım göstərmişdir.  


 
Digər tərəfdən, şirkətin 2016-cı ilin oktyabr-dekabr dövründəki xalis mənfəəti, bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq 17,89 milyard dollara geriləyib. Şirkət əvvəlki ilin eyni dövründə 18,36 milyard dollar xalis mənfəət əldə etmişdi.
 


Açıqlamada Apple-ın İcraçı Direktoru Tim Kuk, oktyabr-dekabr dövründə satışların artaraq şirkət tarixində ən yüksək gəlir əldə edilən rübə nail olduqlarını bildirərək, iPhone, Mac və Apple Watch satışlarından da rekord gəlir əldə etdikləri məlumatını bölüşüb.


 
iPhone satışları 4,7% artıb


 
 Ötən ilin oktyabr-dekabr dövründə, əvvəlki ilin eyni dövrü ilə müqaysədə, Apple-ın iPhone satışları 4,7 faiz artaraq 78,3 milyona, Mac kompüter satışları da 1,9 faiz artaraq 5,4 milyona çatıb. Apple-ın iPad planşet satışları isə 18,6% azalaraq 13,1 milyona geriləyib.


 
Həmin dövrdə şirkətin AppleCare və ApplePay kimi xidmətlərdən əldə etdiyi gəlir isə 20 faiz artımla 6 milyard dollardan 7,2 milyard dollara çatıb.
 


 Şirkət, həmçinin, bu ilin yanvar-mart dövründə mədaxilinin 51,5 milyard dollarla 53,5 milyard dollar arasında olmasının nəzərdə tutulduğunu bildirib.


 
 Apple-ın balansının müsbət çıxması ilə Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda şirkətin səhminin dəyəri 2,6 faiz bahalaşaraq 124,60 dollara qədər yüksəlib.
 


 Analitiklər, Apple-ın səhm dəyərində əsas artımın bu gün baş verməsini ehtimal edir.

01.02.2017 07:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ