Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlı milyaderin şirkəti Özbəkistanda qaz emalı kompleksini açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı milyaderin şirkəti Özbəkistanda qaz emalı kompleksini açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
Rusiyanın "Lukoil" şirkəti Özbəkistanın Buxara bölgəsində ildə 8 milyard kubmetr qazı emal edəcək Kandım kompleksini işə salıb.
 

"Marja" xəbər verir ki, ümumi investisiya həcmi 3,4 milyard dollara çatan kompleksin açılışında, Prezidenti Şövkət Mirziyayev, Rusiyanın energetika naziri Aleksandr Novak və "Lukoil"in Prezidenti Vahid Ələkbərov və çoxlu sayda dəvətli qatılıb.
 

Şövkət Mirziyayev çıxışında, ölkənin inkişaf strategiyasının həyata keçirilməsi üçün aparılan işlərin sənayenin aparıcı sahələrinin inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Mirziyayev, Kandım qaz emalı kompleksinin Özbəkistan ilə Rusiya arasındakı əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.
 

Rusiyanın energetika naziri Aleksandr Novak Prezident Vladimir Putinin təbrik məktubunu oxuyub.
 

Daha sonra Mirziyayev, Novak və Ələkbərov kompleksin açılışını ediblər.
 

"Lukoil"in Özbəkistandakı ən böyük investisiya layihəsi olan Kandım qaz emalı kompleksində ildə 8 milyard kubmetr qaz işlənəcək. 2 min nəfərə məşğulluq təmin edəcək qurğuda təmizlənmiş qaz ilə bərabər, qaz kondensatı, kükürd və digər yan məhsullar də istehsal ediləcək.
 

"Lukoil"in Özbəkistan hökuməti ilə 2046-ci ilə qədər etibarlı olan sazişi çərçivəsində inşa edilən kompleksdə emal ediləcək qaz, bölgədəki Kandım, Kuvaçı-Alat, Parsanköl, Hacı və Qərb Hacı qaz yataqlarından təmin olunacaq.

20.04.2018 06:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ