Dünyanın ilk hyperloop xəttinin harada qurulacağı məlum oldu

"Hyperloop Transportation Technologies" şirkəti, 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan ilk kommersiya Hyperloop xəttini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə inşa etməyə başlayır.


"Marja" xəbər verir ki, 6 saatlıq yolu 30 dəqiqəyə endirəcək tunel texnologiyası Hyperloop-u istehsal edən şirkət Hyperloop Transportation Technologies-dir (HTT). Şirkət Yas Adasındakı Formula 1 zolağını inşa edən "Aldar PJSC" şirkətilə Abu Dabiyə xətt qurmağa hazırlaşır.
 

Abu Dabi ilə Dubay sərhədindəki Al Maktoum Beynəlxalq Hava Limanı yaxınlığına qurulacaq Hyperloop kəmərinin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
 

HTT-nin direktoru Bibop Gresta, uzunmüddətli planlarının Abu Dabidən Al Ain-ə, Dubaydan Ər-Riyada qədər uzanan nəhəng bir Hyperloop xətti yaratmaq olduğunu deyib.
 

Bibop Gresta, BƏƏ hökumətinin dəstəyi sayəsində Hyperloop xəttinin ilk hissəsinin Expo 2020 sərgisinədək tikməyi planlaşdırdıqlarını bildirib.

20 Aprel 2018 , 08:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin