Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İsveçrə Frankı yenidən əvvəlki səviyyələrində

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsveçrə Frankı yenidən əvvəlki səviyyələrində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son bir neçə həftə ərzində dünya valyuta birjalarında İsveçrə frankının dəyəri bahalaşaraq, 2015-ci ilin yanvar ayı səviyyələrinə qayıdıb.


 

Reklam_3_11

2015-ci ilin əvvəlindən etibarən gözlənilmədən sərbəst buraxılan İsveçrə frankının dəyəri ilk dəfə olaraq yenidən geri qayıdıb. Belə ki, cümə axşamı bir avro üçün 1.20 frank tələb olunurdu. Beləliklə, kurs yenidən İsveçrə Mərkəzi Bankının illərdir frankın kursunda nail olmaq istədiyi səviyyəyə qayıdıb. 

 

Mart ayının əvvəlində EUR/CHF məzənnəsi 1.15 frank ətrafında ticarət edilirdisə, son bir neçə həftə frankın dəyəri dayanmadan düşür. Burada Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini zəiflətməsi fonunda avronun qiymətində müşahidə edilən bahalaşma daha böyük rol oynayıb. Bununla yanaşı, İsveçrə Mərkəzi Bankı (ing.: "SNB") da mənfi faiz siyasətinə davam etməkdədir. ABŞ-ın sanksiyaları nəticəsində rusiyalı iş adamlarının da İsveçrə Banklarında geri çəkdikləri böyük həcmdə pullar da frankın dəyərinin düşməsinə təsir edici amil ola bilər. 

 

Qeyd etmək lazımdır ki, "SNB" frankın dəyərində çox bahalaşmanın qarşısını almaqla, ucuz idxal məhsulları fonunda deflyasiyanın qarşısını almağa və ixrac potensialını da gücləndirməyə çalışır. Lakin bunun üçün yüksək valyuta ehtiyatları saxlamalı idilər. 2015-ci ilin yanvar ayında isə EUR/CHF məzənnəsi yenidən sərbəst buraxıldıqdan sonra sürətlə bahalaşmağa başladı və tarixdə ilk dəfə olaraq bir avronun da üzərində olub. 

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

20.04.2018 07:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ