Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Çin və Hindistanın hesabına 10 milyondan çox turist qəbul edə bilərik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin və Hindistanın hesabına 10 milyondan çox turist qəbul edə bilərik"

Azərbaycanda kütləvi turizmin inkişafı üçün Çin və Hindistan bazarını ələ almaq lazımdır.

 

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

 

Həmin ölkələrdə dünya əhalisinin çox hissəsinin yaşadığını deyən M.Ağakərimov qeyd edib ki, Çin və Hindistanın turistləri ölkəmizə gələrsə, bu, Azərbaycan üçün çox böyük bazar olar və ölkəmizə daha çox gəlir gətirər.

 

M.Ağakərimov təklif edir ki, Çin və Hindistanın bazarını ələ almaq üçün ilk növbədə ucuz qiymətə olan birbaşa aviaresylər açılmalıdır. Eyni zamanda, hər iki ölkənin aparıcı turizm şirkətlərinin Azərbaycana infoturunu təşkil etmək lazımdır:

 

"Çin və Hindistan bazarını ələ almaqla Azərbaycanda turizm sektorunu elə inkişaf etdirmək olar ki, ildə 10 milyondan çox turist qəbul etmək olar".

 

Assosiasiya rəsmisi qeyd edib ki, Azərbaycanda kütləvi turizmin inkişaf etdirilməsi üçün turizm sahəsinin inkişafına da kompleks yanaşmaq, hotellərin sayını artırmaq lazımdır.

 

Onun sözlərinə görə, Abşeronda 150-200 hotel olsa da, onların nömrə fondu çox azdır:

 

"Buna görə də yeni hotellər tikilməlidir. Bundan başqa, son vaxtlar turistlərin ən çox maraq göstərdiyi Qusarda da 5 ulduzlu hotelin tikilməsinə ehtiyac var".

 

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev də Trend-ə açıqlamasında Çin və Hindistandan ölkəmizə gələn turistlərin sayının getdikcə artdığını söyləmişdi:

 

"Çin və Hindistanın turistləri Azərbaycan ilə çox maraqlanırlar. Həmin ölkələrdən cəlb ediləcək turistlərin sayının artırılması üçün müxtəlif təbliğat işləri aparılır, Azərbaycan nümayəndələri beynəlxalq sərgi və konfranslarda iştirak edirlər".

 

Qeyd edək ki, 2017-ci ildə Hindistandan Azərbaycana 14 173, 2016-ci ildə 6012, 2015-cı ildə 5584, 2014-cü ildə 4853 nəfər turist səyahət edib.

 

2017-ci ildə Çindən ölkəmizə 10 258, 2016-cı ildə 7363, 2015-ci ildə 5094, 2014-cü ildə 5930 nəfər əcnəbi gəlib.

 

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Hindistandan 3434, Çindən 1237 nəfər turist səfər edib.

 

2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2016-cı illə müqayisədə 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub.

 

© Trend

20.04.2018 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ