Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Dünya üzrə neft ehtiyatlarının 300 milyon barelini "əritmişik""

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dünya üzrə neft ehtiyatlarının 300 milyon barelini "əritmişik""

OPEC və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair bağlanmış saziş qüvvəyə mindikdən sonra neftbazalardakı neft ehtiyatları 300 mln. barel azalaraq 2,83 mlrd. barelə düşüb.

 

Bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında deyib.

 

"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı. Neft ehtiyatlarının həcmi artıq 300 mln. barel - 2,83 mlrd. barelədək azalıb", - deyə o bildirib.

 

Rusiyanın energetika naziri Aleksandr Novak isə qeyd edib ki, aprelin 1-nə izafi neft ehtiyatlarının həcmi 12 mln. barel təşkil edir.

 

© İnterfaks-Azərbaycan

20.04.2018 09:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ