Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sığorta biznesində qazanc azalıb - 35% DÜŞDÜ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta biznesində qazanc azalıb - 35% DÜŞDÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2017-ci ildə cəmi gəlirləri 617 milyon 832 min manat təşkil edib.

 

Bu, 2016-ci ilə nisbətən (ləğvetmə prosesində olan şirkətlər nəzərə alınmadan) 5,8% çoxdur.

 

Hesabat ilində sığortaçıların cəmi xərcləri isə 12,6% artaraq 563 milyon 368 min manat olub. Şirkətlərdən 8-nin gəlirləri, 10-nun isə xərcləri artıb.

 

Ötən ilin yekununda sığortaçıların ümumi maliyyə mənfəəti 54 milyon 464 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 34,95% azdır.

 

2 şirkətdə (“Atəşgah Həyat Sığorta” və “Bakı Sığorta” ASC-lər) maliyyə mənfəəti artıb, 12 şirkətdə azalıb. 5 şirkət (“AXA MBask”, “Atəşgah Sığorta”, “Azsığorta”, “Qala Sığorta” və “Rəvan Sığorta” ASC-lər) maliyyə zərərinə uğrayıb (həmin şirkətlər əvvəlki il maliyyə mənfəəti əldə ediblər), 1 şirkət (Standard Insurance” ASC) isə maliyyə zərərindən maliyyə mənfəətinə keçib.

 

2017-ci ildə sığorta şirkətləri 11 milyon 561 min manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2016-cı illə müqayisədə 34% azdır.

 

Ötən il 20 şirkətdən 10-u vergi ödəməyib ki, bunlardan 5-i yuxarıda qeyd olunan zərər etmiş şirkətdir. 2017-ci ildə mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməmiş 5 şirkət isə “Amrah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Günay Sığorta”, “Standard Insurance” ASC-lər, eləcə də dövlətə məxsus “Azərsığorta”dır. “Amrah Sığorta” və “Standard Insurance” 2016-ci ildə də mənfəət vergisi ödəməyib. Halbuki, 1-ci şirkət əvvəlki ili də mənfəətlə mənfəətlə başa vurub.

 

Ötən ilin yekununda Azərbaycan sığortaçılarının ümumi xalis mənfəəti isə 42 milyon 902  min manat olub. Bu da əvvəlki illə müqayisədə 35,2% azdır.

 

2017-ci ildə maliyyə mənfəətini artırmış 2 şirkət həm də xalis mənfəətini artırıb. 1 şirkət – “Azərsığorta” maliyyə mənfəətini artırmağı bacarmasa da, xalis mənfəətini artıra bilib. Maliyyə mənfəəti azalmış 11 şirkətin həm də xalis mənfəəti azalıb. 

 

© Report

20.04.2018 09:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ