Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana kondisioner idxalı kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana kondisioner idxalı kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,6% artaraq 5451 ədəd təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 2 milyon 171,1 min dollar məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 94,5%)”, - deyə məlumatda bildirilir.

 

Yanvar-fevral aylarında Azərbaycana 7 milyon 241,9 min dollar (artım 8,9%) dəyərində 55466 ədəd hesablama maşını, blok və qurğusu (artım 58,8%) idxal olunub.

 

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 61% artaraq 29691 ədəd təşkil edib. İdxalın ümumi dəyəri 4 milyon 359,7 min dollar (artım 67,8%) olub.

 

© İnterfaks-Azərbaycan

20.04.2018 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ