Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rusiyada daha 2 bank bağlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada daha 2 bank bağlanıb

Rusiya Bankı (Mərkəzi Bank") “Rusiya ticarət bankı” və “Loqos” banklarının lisenziyalarını geri çağırıb.

 

Bu barədə qurumun internet səhifəsində bildirilir. 

 

"RİA Reytinq"in bu il martın 1-nə tərtib etdiyi cədvələ görə, Rusiyanın bank sistemində “Loqos” bankı 510-cu, “Rusiya ticarət bankı” isə 212-ci yeri tutub.

 

"Rusiya ticarət bankı” bank nəzarət orqanının real maliyyə hesabatının əks etdirilməsi ilə bağlı tələbinə əməl etməyib. Mərkəzi Bank “Rusiya ticarət bank”ına bir neçə dəfə xüsusi nəzarət həyata keçirib, indiyə qədər 3 dəfə bankın əhalidən əmanət cəlb etməsinə məhdudiyyət tətbiq edib. “Loqos” bankı isə şübhəli tanzit əməliyyatları həyata keçirməkdə şübhəli bilinir. 

 

Hər iki bank əmanətlərin sığortalanması sisteminin üzvüdür. 

 

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bank paytaxdakı “OFK Bank”ın da lisenziyasını geri çağırmışdı. Həmin bank Rusiyanın bank sisteminin reytinqində 103-cu yerdə olub.

 

© Report

20.04.2018 10:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ