Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-ın qadağası Çin nəhəngini vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın qadağası Çin nəhəngini vurdu

Çinin elektronika və telekommunikasiya avadanlığı istehsalçısı ZTE Corp, ABŞ-ın şirkətə mal satışlarını qadağan edən qərarının ədalətli olmadığını və şirkətin aktivlərini  təhlükəyə atdığını açıqlayıb.
 

"Marja" xəbər verir ki, ABŞ, ötən həftə Amerika şirkətlərinin ZTE-yə ehtiyat hissələri və proqram satmasını yeddi il müddətinə qadağan etmişdir. Şirkətin tədarük zəncirini pozacaq bu qərara əsas kimi, Çinli şirkətin daha əvvəl bağlanmış müqaviləni dəfələrlə pozması göstərilib.
 

Reklam_3_11

ABŞ-ın bu qərarı Vaşinqton ilə Pekin arasında xarici ticarət gərginliyinin artdığı, iki ölkənin bir-birinə əlavə gömrük vergisi tətbiq etdiyi bir vaxtda veriib.
 

ZTE, keçən ilin Mart ayında ABŞ-da istehsal olunan məhsulları qeyri-qanuni yollarla İrana göndərərək ABŞ-ın ixracat qadağalarını pozduğunu qəbul etmişdi. ZTE bunun nəticəsində 900 milyon dollar cərimə ödəmiş və pozuntuya davam edərsə, yeddi il ərzində ABŞ-da istehsal olunan məhsulları istifadə etmək hüququndan məhrum olacağını qəbul etmişdi.
 

"ZTE-nin bütün tərəfdaşlarına zərər verəcəkdir"


 
ZTE, ABŞ-ın qərarının ardından yaydığı ilk açıqlamada, "ABŞ-ın ZTE-yə ən ağır cəza verməkdə israr etməsi qəbul edilə bilməz. Qərar ZTE-nin inkişafına və aktivlərinə ciddi təsir etdiyi kimi çoxlu sayda ABŞ şirkəti də daxil olmaqla ZTE-nin bütün tərəfdaşlarına zərər verəcəkdir" deyilir.

 
ZTE problemi aradan qaldırmaq üçün danışıqları davam etdirəcəyini, şirkətin qanuni hüquqlarını və mənafelərini qorumaq üçün hüquqi addım atmaqda qərarlı olduğunu bildirib.
 

ZTE səhmləri Bazar ertəsi bağlanışdan bu yana əməliyyata bağlanmışdır. Şirkətin bazar dəyəri son əməliyyat günü 19 milyard dollar ətrafında olub.
 

ABŞ Ticarət Nazirliyindən bir səlahiyyətli isə, Reuters-ə bu həftə verdiyi açıqlamada ZTE-nin ABŞ məhsullarından istifadə etmək qadağasının ləğv ediləcəyini gözləmədiyini bildirib. 

20.04.2018 11:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ